...

Azərbaycanın sığorta şirkəti 2011-ci ildə yığımların beş faizlik artımını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın tibbi sığorta sahəsində lider olan "A-Group" sığorta şirkəti ötən ilin nəticələri ilə müqayisədə 2011-ci ildə yığımların beş faizlik artımını planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə şirkətin idarə heyətinin sədri Anar Bayramov məlumat verib.

"Biz 7,5 milyon manat civarında mükafat toplamağı planlaşdırırıq ki, bu da ötənilki göstəriciləri beş faiz üstələyir", - Bayramov deyib.

Onun sözlərinə görə, yarım ilin yekunları üzrə şirkət büdcə proqnozlarını on faiz artıqlaması ilə yerinə yetirib.

DSNX-nin məlumatına görə, yanvar-mayda şirkətin mükafatları 5,3 milyon manat və ödənişləri isə 2,2 milyon manat olub.

Bayramovun sözlərinə görə, şirkətin portfelinin təxminən 80 faizi tibbi sığortanın payına düşür.

1995-ci ildə yaradılan "A-Group" şirkəti sığortanın 3 icbari və 14 könüllü növü üzrə xidmətlər göstərir. 2010-cu ilin yekunları üzrə şirkətin məcmu kapitalı 4,862 milyon manat təşkil edərək 2009-cu illə müqayisədə 5,33 faiz artıb. "A-Group" ASC-nin ödənilmiş nizamnamə kapitalı il ərzində 71 faiz artaraq 2,65 milyon manat olub.

İyulun 14-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti