...

Bakıda yeni avtomobil dayanacaqlarını özəl şirkətlər tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 14:23 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Bakı şəhərində avtomobil dayanacaqlarının yerləşdiriləcəyi daha məqsədəuyğun ərazilərlə bağlı təklifi ölkənin Nazirlər Kabinetinə təqdim edib.
Bakıda yeni avtomobil dayanacaqlarını özəl şirkətlər tikəcək

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi Bakı şəhərində avtomobil dayanacaqlarının yerləşdiriləcəyi daha məqsədəuyğun ərazilərlə bağlı təklifi ölkənin Nazirlər Kabinetinə təqdim edib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdəki mənbə məlumat verib.

Onun sözlərinə görə, nazirlik dayanacaqların yerləşəcəyi daha məqsədəuyğun ərazilərlə bağlı təklif təqdim edib.

"Hər halda dayanacaqların tikintisini özəl sektorun nümayəndələri həyata keçirəcəklər", - mənbə hesab edir.

Paytaxtda avtomobil dayanacaqlarının tikintisi paytaxt küçələrində avtomobillərin normal hərəkətini təmin etmək üçün lazımdır.

"Hazırda bir çoxları öz avtomobillərini elə küçədə saxlayırlar ki, bu da hərəkət prosesini çətinləşdirir və tıxacların əmələ gəlməsinin başlıca səbəbidir. Bakıda yerüstü və yeraltı dayanacaqların tikintisi vəziyyəti xeyli yaxşılaşdıracaq", - mənbə deyib.

Təqdim olunan təkliflərə görə, Bakıda 100-dək yeni avtomobil dayanacağının tikintisi planlaşdırılır.

"Tikintinin maliyyələşdirmə mənbəyi ölkə hökumətinin qərarından asılı olacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti