...

Bakı qəsəbələrindəki sahibkarlara ilin əvvəlindən 18 milyon manatlıq güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 14:32 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı qəsəbələrindən olan 22 sahibkara 415 min manat məbləğində kredit verib.
Bakı qəsəbələrindəki sahibkarlara ilin əvvəlindən 18 milyon manatlıq güzəştli kredit verilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı qəsəbələrindən olan 22 sahibkara 415 min manat məbləğində kredit verib. Trend-in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Bu vəsaitlər hesabına həyata keçirilən layihələr 60 iş yerinin açılmasına imkan verəcək.

Tədbir Binəqədi rayonunda Bakı qəsəbələrindən olan 300 sahibkarın iştirakı ilə keçirilib.

"Ayrılan kreditlər istixana kompleksinin tikintisinə, tərəvəz yetişdirilməsi, ət və süd emalı üzrə müəssisələrin yaradılmasına yönəldiləcək", - Abdullayev bildirib.

Onun sözlərinə görə, məbləği 130 min manat olan ən iri kredit istixana kompleksinin tikintisinə ayrılıb.

2011-ci ildə SKMF 74,3 milyon manat məbləğində 895 kreit verib. Bu vəsaitlər dəyəri 63,6 milyon manat olan 48 iri, 10,7 milyon manat məbləğində 847 kiçik layihənin həyata keçirilməsinə yönəldilib. Bununla yanaşı, Bakı qəsəbələrindən olan sahibkarlar 18 milyon manatlıq kredit alıblar. Maliyyələşdirilən layihələrin həyata keçirilməsi demək olar ki, 3 580 yeni iş yerinin açılmasına ikmkan verəcək.

2011-2013-cü illərdə Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilib.

İyulun 14-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti