...

Mayda Azərbaycanda deflyasiya 0,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir N.İsmayılova/

İyunda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,9 faiz ucuzlaşıb. İlin birinci yarısında isə 2010-cu ilin analoji dövrü ilə müqayisədə 8,8 faiz bahalaşıb. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiyməti 1,8 faiz, qeyri-ərzaq malları 0,1 ucuzlaşıb, xidmətlər üzrə tariflər isə əvvəlki səviyyədə qalıb.

2010-cu ilin birinci yarısı ilə müqayisədə 2011-ci ilin yanvar-iyununda ərzaq mallarının qiymətləri 12,3 faiz, qeyri-ərzaq malları 2,9 faiz, xidmətlər üzrə tariflər isə 4,4 faiz bahalaşıb.

İyunda mövsümi dəyişiklərə məruz qalan (meyvə və tərəvəz) mal və xidmətlərin çıxılması ilə hesablanan istehlak qiymətlərinin bazis indeksləri və dövlət tərəfindən tənzimlənən qiymətlər əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb, il ərzində isə 2010 yanvar-iyun ayları ilə müqayisədə 6,1 faiz artıb.

Xəbər lenti

Xəbər lenti