...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yerli məhsullardan istifadə imkanlarının artırılması üzrə işi gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 11:55 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin geniş kollegiya iclasında Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yerli məhsullardan istifadə imkanlarının artırılması üzrə işi gücləndirir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin geniş kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

Mustafayev nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması və zəruri hallarda təkliflərin hazırlanması, sənaye şəhərciklərinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, Bakı şəhərində və onun qəsəbələrində sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

İclasda yerli istehsalın stimullaşdırılması məqsədilə tədbirlərin təşkil edilməsi, yerli məhsullardan istifadə imkanlarının daha da artırılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar müəyyənləşdirilib, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehlakçıların hüquqlarının qorunması, istehlak bazarına dövlət nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılıb, İqtisadi İnkişaf Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin davam etdirilməsi, sertifikatların və lisenziyaların onlayn rejimdə verilməsinin təşkili üçün müvafiq tapşırıqlar verilib.

Kollegiya iclasında nazirliyin bir sıra struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ilin I yarısında görülən işlər barədə hesabat verib və cari məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti