...

Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi ilə bağlı anlaşılmazlığa aydınlıq gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 13:20 (UTC +04:00)
"Azadlıq" qəzetinin 14 İyul 2011-ci il tarixli sayında "Azərbaycanlı məmur Rusiyada axtarışdadır" başlığı ilə dərc olunmuş məqalədə əsassız olaraq Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Xəlilov Namiq Cəlil oğlu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb.
Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi ilə bağlı anlaşılmazlığa aydınlıq gətirdi

Azərbaycan, Bakı, 15 iyul /Trend/

"Azadlıq" qəzetinin 14 İyul 2011-ci il tarixli sayında "Azərbaycanlı məmur Rusiyada axtarışdadır" başlığı ilə dərc olunmuş məqalədə əsassız olaraq Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Xəlilov Namiq Cəlil oğlu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb. Bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Rusiyada nəşr olunan "Novaya qazeta"ya istinad edən "Azadlıq" qəzeti adıçəkilən qəzetin yol verdiyi səhvi təkrarlayaraq məqalədə adıkeçən və axtarışda olduğu bildirilən Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib, bu barədə hazırladığı məqalədə Maliyyə Nazirliyinin DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun fotosunu dərc edib.

Qəzetin ən sadə dəqiqləşdirmə belə aparmadan dərc etdiyi yazı Azərbaycan Maliyyə Nazirliyinin nüfuzuna, o cümlədən DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələl gətirir.

Artıq Maliyyə Nazirliyi həm "Novaya qazeta"ya, həm də "Azadlıq" qəzetinə yol verdikləri ciddi səhvlə bağlı növbəti saylarında üzrxahlıq edərək təkzib verilməsi ilə bağlı məktubla müraciət edib.

Xəbər lenti

Xəbər lenti