...

Azərbaycanda daha bir keyfiyyətsiz dondurma istehsalçısı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 18:09 (UTC +04:00)
Müəssisədə istehsal edilən hazır məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı "Zontik", "Malenkoye Çudo" və "Tortinka" plombir dondurmalarında mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu müəyyən edilib.
Azərbaycanda daha bir keyfiyyətsiz dondurma istehsalçısı aşkar edilib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Tahir Qasımova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların etiketində enerji dəyərinin resepturada müəyyən edilmiş həddən fərqli və tərkibində resepturada nəzərdə tutulmayan xammallar olduğunun göstərildiyi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, müəssisədə istehsal edilən hazır məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı "Zontik", "Malenkoye Çudo" və "Tortinka" plombir dondurmalarında mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu müəyyən edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar dondurmalarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması, habelə insan orqanizmi üçün təhlükəli 200,7 kq dondurmanın məhv edilməsi barədə göstəriş verilib.

Müəssisədə istehsal edilən dondurmaların insanların, xüsusi ilə uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, Tahir Qasımova dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Nazirlik anoloji qərarı artıq "Dədə Qorqud", "Rah-96" və "Qranit" müəssisələri ilə bağlı qəbul edib.

Xəbər lenti

Xəbər lenti