...

Azərbaycanda kənd təsərrüfatı məhsulları bahalaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Axundov/

İyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal qiyməti mayla müqayisədə bir faiz bahalaşıb, ilin birinci yarısında isə ötən ilin anoloji dövrü ilə müqayisədə isə 13,1 faiz artıb. Bu barədə Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

İyunda heyvandarlıq məhsullarının qiyməti ümumilikdə ötən ayla müqayisədə 3,5 faiz artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə ilk altı ay ərzində 11,2 faiz artıb. Ay ərzində iribuynuzlu mal-qara, qoyun və keçilər diri çəkidə 0,3 faiz azalıb, onların südü (emal edilməmiş) və yununun qiymətləri 8,2 faiz bahalaşıb.

Kənd təsərrüfatı məhsullarının taxıl və paxla bitkilərinin istehsal qiymətləri ay ərzində 2,5 faiz azalıb, il ərzində 27,4 faiz artıb, tərəvəz və bostan məhsullarının qiyməti isə 3,3 faiz (il ərzində 3,5 faiz artım) azalıb, çoxillik bitkilərin qiyməti dəyişməz (il ərzində 21,2 faiz artıb) qalıb.

İyunda meşə təsərrüfatı mallarının qiymətləri ay ərzində dəyişməz qalıb, il ərzində 4,6 faiz azalıb, balıq və balıq məhsullarının qiyməti iki faiz artıb, il ərzində isə 5,7 faiz azalıb.
2011-ci ilin yanvar-iyununda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 6,2 faiz, o cümlədən bitkiçilik məhsulları 8,3 faiz, heyvandarlıq məhsulları 4,8 faiz artıb.

Yanvar-iyunda faktiki qiymətlər üzrə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1,792 milyard manat təşkil edib.

Altı ay ərzində ölkənin meşə təsərrüfatlarında istehsal edilən məhsul və xidmətlərin faktiki qiymətlər üzrə ümumi dəyəri 402,6 min manat təşkil edib, eləcə də 60,6 min manatlıq balıq tutulub.
İyulun 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti