Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Axundov/
Hər il oktyabrın sonlarında Almaniyanın Baden-Baden şəhərində keçirilən təkrarsığortaçıların və brokerlərin simpoziumu və onun ardından keçiriləcək forum çərçivəsində Azərbaycanda sığorta işinin inkişafına həsr olunmuş tədbir təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.
Müvafiq planlar ASA təsisçilərinin dünən keçirilən iclası zamanı səsləndirilib.
"ASA-nın təşkil etdiyi və iyulun 7-8-də Bakıda keçirilən sığorta forumunun uğuru belə planlar qurmağa əsas verir. Bu, bir növ Azərbaycanın sığorta gecəsi olacaq", - Əliyev deyib.
Hər il oktyabrın sonlarında Almaniyanın Baden-Baden şəhərində keçirilən təkrarsığortaçıların və brokerlərin simpoziumu və forumubeynəlxalq sığortanın cari istiqamətlərini qiymətləndirilməsi və gələn il üçün təkrar sığorta fəaliyyətini planlaşdırılması üzrə iri beynəlxalq tədbirlərdən biridir.
Hazırda Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.