...

Azərbaycanın bank sektorunun kapitallaşdırılması il ərzində 11 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin may ayı ərzində Azərbaycanın bank sektorunun kapitallaşdırılması 1,6 faiz, 2010-cu il mayın sonuna nisbətən 10,9 faiz artaraq iyunun 1-də 2 milyard 248 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) deyiblər.

AMB-nin statistik məlumatlarına görə, kapitalı 10 milyon manatı ötən bankların sayı 2010-cu ilin sonu ilə müqayisədə 1 bank azalaraq 2011-ci il mayın yekunları üzrə 41 bank təşkil edib. Bu kateqoriyadan olan bankların ölkənin bütün banklarının məcmu kapitalında xüsusi çəkisi ilin əvvəlində və apreldə olduğu kimi, mayda 98,9 faiz təşkil edib.

Banklardan ikisində (0,9 faiz xüsusi çəki ilə) kapital 5 milyon manatla 10 milyon manat, bir bankda isə (0,2 faiz) 3,5 milyon manatla 5 milyon manat arasında formalaşıb.

İyulun 19-na olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti