...

"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında" əsasnamə təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 11:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında" əsasnaməni təsdiq edib.
"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında" əsasnamə təsdiqlənib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında" əsasnaməni təsdiq edib.

Nəqliyyat Nazirliyinə 15 gün ərzində xidmətin strukturunu və işçilərin sayını müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti və icra hakimiyyəti orqanlarına bütün qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması və bu barədə dövlət başçısını məlumatlandırmaq tapşırılıb.

Habelə NN-ə bir ay ərzində xidmətin nəzarət funksiyasını yerinə yetirən işçiləri üçün xüsusui geyim, fərqlənmə nişanları və onlardan istifadə qaydalarının təsdiqlənməsi tapşırılıb.

Xidmətin fəaliyyət istiqamətləri avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlərin görülməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasının təmin edilməsidir.

Xəbər lenti

Xəbər lenti