...

Bakıda tikinti materialları bahalaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir A.Axundov/

İyunda Bakıda tikinti materialları may ayı ilə müqayisədə 0,73 faiz artıb. Bu barədə Trend-ə "Əmlak Bazarı İştirakçıları" İB-dən deyiblər.

Qiymətlər ilin əvvəli ilə müqayisədə 15,3 faiz, ötən ilin analoji dövrünə nisbətən 1,2 faiz artıb.

Məlumatda deyilir ki, yanvarda ümumi dəyər portfelində yerli tikinti materiallarının bazardakı payı idxal olunan malların payını 1,12 dəfə üstələyib. Tikinti materiallarının ümumi həcmində yerli materialların payı 53,8 faiz təşkil edib.

İB-nin monitorinq qrupu 38 adda 88 növdə materialın qiyməti üzrə araşdırma aparıb.

Aparılan araşdırmalara görə, Azərbaycanın tikinti materialları bazarında mövsüm üçün xarakterik olan nisbi fəallıq müşahidə edilib. Araşdırmalar göstərib ki, bazarda fevraldan başlayan qiymət artımı iyunda da davam edib.

"Bahalaşma əsasən Rusiyadan və Ukraynadan gətirilən sinklənmiş dəmirin payına düşür. Mayla müqayisədə qiymətlər 10,94 və 13,64 faiz artıb", - məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, iyunda "Baku Steel Company"nin istehsal etdiyi polad armaturlar ucuzlaşıb, onun bir tonu iyunda maydakı 790 manata qarşı 780 manat təşkil edib.

Ümumi cədvəldə ucuzlaşan inşaat materialları göstərilib (faizlə):

Armatur

-1,27

Laminat-parket

-0,38

Sinklənmiş dəmir

-1,03

Üzlük daş

-0,27

İzolyasiya

-0,22

Ümumi cədvəldə bahalaşan inşaat materialları göstərilib (faizlə):

Dikt

+4,15

Sinklənmiş dəmir

+9,20

DSP

+1,34

Katanka

+5,00

Vinkel

+4,35

Şveller

+0,82

Digər tikinti materiallarının qiymətləri sabit qalıb.

Xəbər lenti

Xəbər lenti