...

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 30 faizi "Özünüdəstək" proqramına cəlb ediləcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 13:02 (UTC +04:00)
Ünvanlı sosial yardım (ÜSY) alan ailələrin 30 faizi "Özünüdəstək" proqramına cəlb ediləcək. Trend-in məlumatına görə, bu barədə əmək və əahlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cümə günü jurnalistlərə bildirib.
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 30 faizi "Özünüdəstək" proqramına cəlb ediləcək - nazir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Axundov/

Ünvanlı sosial yardım (ÜSY) alan ailələrin 30 faizi "Özünüdəstək" proqramına cəlb ediləcək. Trend-in məlumatına görə, bu barədə əmək və əahlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cümə günü jurnalistlərə bildirib.

Dünya Bankı ilə birgə yaradılan sosial yardımların verilməsi üzrə yeni proqram əhalinin aztəminatlı təbəqələri üçün şərait yaradılmasına kömək edəcək. Analoji təcürbə Rusiyanın beş regionunda uğurla tətbiq olunur və azərbaycanlı mütəxəssislər onunla tanış olublar.

"Biz Tovuz rayonunun Vahidli kəndində pilot layihəyə başlamışıq, orada 15 ailə bu proqrama cəlb edilib. Onların hamısı layihəni yüksək qiymətləndirib. Təxmini hesablamalarımıza görə, ünvanlı sosial yardım alan ailələrin ən azı 30 faizi "Özünüdəstək" proqramına cəlb ediləcək. Bu ailələrin əksəriyyəti kənd yerlərinin sakinləri olacaqlar", - Ələkbərov bildirib.

Nazirliyin məlumatına görə, birinci rübdə 125 472 ailə ünvanlı sosial yardım alıb.

"Kənd yerləri ilə müqayisədə şəhər əhalisinə dəstək o qədər də yüksək deyil. Bunun müəyyən səbəbləri var, onlardan biri qeyri-formal əmək münasibətləridir", - Ələkbərov bildirib.

1150 nəfər əhalinin və 325 ev təsərürfatının daxil olduğu Tovuz rayonunun Vahidli kəndi rayon mərkəzindən 12 kilometr aralıda və Ermənistanla sərhədin beş kilometrliyində yerləşir.

Bu ərazilərdə torpaq islahatı aparılmayıb, kəndin sakinləri əsasən heyvandarlıqla və qismən bitkiçiliklə məşğul olurlar. Əhalinin 16 faizi (yaxud 52 ailə) ünvanlı sosial yardım alır ki, bu da müqayisədə yoxsulluğun yüksək səviyyəsini təsdiqləyir. Ünvanlı sosial yardım alan 52 ailədən 15 ailə layihəyə cəlb edilib. Onların seçimi zamanı üstünlük uşaqlı ailələrə, ailənin əmək qabiliyyətli üzvlərinə, topraq sahəsi, mal-qara saxlamaq üçün yerə malik olan ailələrə və sairəyə verilib. Ailə təsərrüfatalrında işlər təqdim olunan plan əsasında aparılacaq.

Layihə çərçivəsində əldə olunan mal və ya materialın dəyərindən asılı olaraq ailələrə eyni vaxtda biznes layihəyə uyğun illik və ya yarım illik ünvanlı yardım məbləği ayrılacaq.

2011-ci il ərzində analoji pilot işlər Masallı, İsmayıllı və Quba rayonlarında həyata keçiriləcək.

Sosial cəhətdən zəif vətəndaşlara yardımların belə formalarının tətbiqi ötən son dörd il ərzində ünvanlı sosial yardım proqramlarının təhlilinin aparılmasından sonra qəbul edilib. Bu zaman əhalinin yoxsul təbəqələrinin sosial təminat proqramlarına cəlb edilməsinə böyük tələbatın olduğu aşkara çıxıb.

Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. Sosial yardım 75 manatlıq yaşayış minimumu ilə ailənin bir üzvünün gəlirinin həcmi arasındakı fərqlə müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti