...

2011-ci ilin I yarısında Azərbaycanda əmək qanunvericiliyinin pozulması ilə bağlı 5400-dən çox fakt aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 18:02 (UTC +04:00)
2011-ci ilin birinci yarısında 2030 müəssisədə əmək qanunvericiliyinin pozulması ilə bağlı 5401 fakt aşkar edilib.
2011-ci ilin I yarısında Azərbaycanda əmək qanunvericiliyinin pozulması ilə bağlı 5400-dən çox fakt aşkar edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin birinci yarısında 2030 müəssisədə əmək qanunvericiliyinin pozulması ilə bağlı 5401 fakt aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cümə günü keçirilən kollegiya iclasında qeyd olunub.

"İşəgötürənlər 245 350 manat məbləğində cərimə olunublar", - nazirliyin məlumatında deyilir.

2011-ci ilin birinci yarısında əmək müqaviləsi olmadan işləyən şəxslərin sayı 770 nəfər təşkil edib və nazirliyin müdaxiləsi nəticəsində həmin müqavilələr tərtib olunub. 2010-cu ilin birinci yarısında əmək müqaviləsi olmadan işə 3404 nəfər, 2009-cu ilin yanvar-iyununda isə 7048 nəfər cəlb edilib.

Nəzarət tədbirləri zamanı işəgötürənlər tərəfindən ödənilməyən 516 742 manatın, o cümlədən 270 898 manat əməkhaqqının verilməsi təmin edilib.

"2011-ci ilin birinci yarısı ərzində Azərbaycanın Dövlət Məşğulluq Xidməti 11 916 işsiz vətəndaşı müvafiq işlə təmin edib, 1658 nəfər müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslar üzrə hazırlıq kurslarına cəlb ediliblər", - kollegiya iclasında bildirilib.

Xəbər lenti

Xəbər lenti