...

Azərbaycanda 2 tona yaxın keyfiyyətsiz dondurma məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2011 17:43 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilən 2 tona yaxın keyfiyyətsiz dondurma məhv edilib.
Azərbaycanda 2 tona yaxın keyfiyyətsiz dondurma məhv edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilən 2 tona yaxın keyfiyyətsiz dondurma məhv edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Xidmətin aşkar etdiyi pozuntularla əlaqədar "Camal" Ltd şirkətində istehsal olunan 1,5 ton keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Həmçinin, insan orqanizmi üçün təhlükəli olan 485 kiloqram dondurmanın məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib. Bu məhsul da qanunla müəyyən olunmuş qaydada Xidmətin əməkdaşları tərəfindən məhv edilib.

Xəbər lenti

Xəbər lenti