...

Azərbaycanda xaricə gedənlərin sığorta polislərinin satışı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin Azərbaycanda "Turizm İli" elan edilməsinə baxmayaraq, sığorta şirkətlərinin turistlərin sığortası üzrə aktivliyi əvvəlki illərdən o qədər də fərqlənmir. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev bildirib.

"Hesab etmirəm ki, bu mənada bu il ötənilkindən çox fərqlənir. Bu gün sığorta şirkətlərinin və turizm firmalarının əməkdaşlığının əsasını satılan polislərə görə komissiyon mükafatlar təşkil edir. Təəssüf ki, nə onlarda, nə də başqalarında məsələn, məhsul xətti, operativ və keyfiyyətli xidmət kimi təmas nöqtəsi var", - Əliyev çərşənbə axşamı Trend-ə bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, həcm baxımından, bu bazar birmənalı olaraq çox şey vəd edir.

"Bu gün biz xaricə gedən şəxslərə sığorta polislərinin satışında daimi artım müşahidə edirik", - Əliyev bildirib.

Azərbaycan Maliyyə Nazikliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, xaricə gedən vətəndaşların sığortası hesabına ilin birinci yarısında azərbaycanlı sığortaçılar tərəfindən 607,5 min manat sığorta mükafatı toplanılıb ki, bu da sığortanın bütün növləri üzrə yığımların ümumi həcminin 0,62 faizini təşkil edir.

İyulun 26-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti