...

Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə malların sərbəst yerdəyişməsinə keçidin mümkünlüyünü istisna edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 13:10 (UTC +04:00)
Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə malların sərbəst yerdəyişməsinə keçidin mümkünlüyünü istisna edir. Çünki bu gün ölkə daxilində sahibkarlığın inkişafı birinci dərəcəli əhəmiyyət daşıyır.
Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə malların sərbəst yerdəyişməsinə keçidin mümkünlüyünü istisna edir - nazir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə malların sərbəst yerdəyişməsinə keçidin mümkünlüyünü istisna edir. Çünki bu gün ölkə daxilində sahibkarlığın inkişafı birinci dərəcəli əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev "Today's Zaman" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı bu məsələyə çox ehtiyatla yanaşır.

"Hesab edirəm ki, buna bir müddət vaxt tələb olunacaq. Bizim milli şirkətlərimiz hər şeydən əvvəl ayaq üstə möhkəm durmağı bacarmalıdırlar", - o deyib.

2010-cu ilin yekunlarına görə, Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi 2,5 milyard dollara yaxın təşkil edib. Türkiyədən Azərbaycana ixrac 731 milyon dollar, Azərbaycandan Türkiyəyə ixrac isə 2011-ci ilin ilk beş ayı ərzində 667 milyard dollara yaxın təşkil edib.

Ötən il Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişin imzalanmasına istinad edən Mustafayev bildirib ki, bu mexanizm iqtisadi və siyasi əməkdaşlığı stimullaşdıracaq.

"Bu, bizə problemləri ən yüksək səviyyədə həll etməyə və hər iki ölkəyə tez fayda verə biləcək sahələrdə irəliləməyə imkan verəcək", - o deyib.

Nazir bildirib ki, Türkiyə bizim strateji tərəfdaşımızdır və azərbaycanlı istehsalçılar öz rəqabətqabiliyyətliliklərinin və əməyin məhsuldarlığının artırılması məqsədilə Türkiyə şirkətlərindən istifadə edə biləcəklər.

Azərbaycanın iqtisadiyyat naziri habelə ölkə iqtisadiyyatının şaxələndirildiyini və ümumilikdə, iqtisadiyyatda qeyri-neft sənayesinin payının artırıldığını deyib.

"Türkiyə bizə iqtisadiyyatımızın şaxələndirilməsində kömək edə bilər", - nazir bildirib. Azərbaycanda 1300-ə yaxın Türkiyə şirkəti, eləcə də Türkiyədə minə yaxın Azərbaycan şirkəti çalışır.

Xəbər lenti

Xəbər lenti