...

Azərbaycan sığortaçılarının əksəriyyəti qiymətli kağızlar bazarında fəaliyyətdə maraqlı deyillər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycan sığortaçıları ölkənin qiymətli kağızlar bazarında iş üçün bütün lazımi tələblərdən keçməyə hazırdırlar, lakin onların əksəriyyəti bu istiqamətdə fəaliyyətdə hələ ki maraqlı deyillər. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev bu qənaətdədir.

"Hər dəfə sığortaçılarda sığortanın inkişafı üçün resurslar çatışmır, digər sahələr haqqında isə danışmağa dəyməz. Halbuki fond bazarı sığortaçılar üçün çox maraqlı və əhəmiyyətli istiqamətdir", - Trend-ə çərşənbə axşamı Əliyev bildirib.

Sığorta şirkətlərinin investisiya qoyuluşlarının şaxələndirilməsi normalarına əsasən, onlar sığorta ehtiyatlarının 15 faizə qədərini qeyri-dövlət qiymətli kağızlarına yatıra, dövlət qiymətli kağızlarına isə 100 faizədək investisiya edə bilərlər.

İndiyədək ayrıca broker şirkətinin yaradılması üzrə planları yalnız bir sığorta şirkəti - "Qarant Siğorta" açıqlayıb. BŞirkətin idarə heyətinin sədri Vaqif Həsənov hesab edir ki, qiymətli kağızlar bazarı boşdur və kifayət qədər qeyri-peşəkardarır. "Mən güman edirəm ki, bu, gələcəyin şirkətidir və onun indi yaradılması və bu bazarın öyrənilməsi gələcəkdə öz bəhrəsini verəcək", - o, deyib.

İlin birinci yarısında Bakı Fond Birjasında bütün alətlər üzrə birja sövdələşmələrinin ümumi dövriyyəsi 3,725 milyard manat təşkil edərək ötən ilin analoji dövrünə nisbətdə 4,42 dəfə artıb.

Korporativ qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 1,73 dəfə artaraq 306,774 milyon manat təşkil edib. Bu, korporativ istiqrazlar bazarı ilə əməliyyatların həcminin 2,23 dəfə artması ilə izah edilir.

Dövlət qiymətli kağızlar bazarı 5,14 dəfə artaraq 3,418 milyard manata çatıb. Bu, Mərkəzi Bankın notları ilə əməliyyatların kəskin surətdə - 4,39 dəfə artması nəticəsində baş verib. Sövdələşmələrin sayı isə 1,5 dəfədən çox artıb.

İyulun 26-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti