...

"Bank of Baku"nun gəliri iyun ayı ərzində 38 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank of Baku"nun balans gəliri iyun ərzində 38,1 faiz artaraq iyulun 1-nə 11,7 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın balans hesabatında deyilir.

Ay ərzində bankın gəlirləri 24,6 faiz artaraq 33,04 milyon manat təşkil edib. Bankın aktivləri iyulun 1-nə 260 milyon manat təşkil edib.

İyun ərzində bankın depozit portfeli 1,6 faiz azalaraq 192,9 milyon manat təşkil edib. Bunun 149,1 milyon manatı fiziki şəxslərin əmanətlərinə, 142,4 milyon manatı təcili depozitlərin payına düşür.

İyulun 1-nə olan vəziyyətə görə, bankın kredit portfeli 214,13 milyon manat təşkil edərək 3,8 faiz artıb. Bank istehlak kreditləşməsinə 171,6 milyon manat yönəldib. İyulun 1-nə kommersiya kreditləri 42,2 milyon manat səviyyəsində olub.

İyulun 1-nə bankın məcmu kapitalı 48,4 milyon manat olub. Ödənilmiş nizamnamə kapitalı 26,18 milyon manata bərabərdir.

"Bank of Baku" 2005-ci ildə iki yerli bankın - "Bank of Baku" ASC və "İlkBank"ın birləşməsi nəticəsində təsis olunub. Hazırda bankın səhmlərinin 40 faizi Türkiyənin şirkətlər qrupu NAB-a, 10 faizi Elçin İsayevə (bankın idarə heyətinin sədri), 29 faizdən çoxu "Azpetrol"a və 21 faizə yaxını fiziki şəxs və "Azİnvest" şirkətinə məxsusdur.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti