...

ARDNŞ "Azərkimya"nın bir sıra kredit borclarının silinməsi ilə bağlı danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2011 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

ARDNŞ ölkənin Maliyyə Nazirliyi ilə "Azərkimya" İstehsalat Birliyinin İB-in ARDNŞ-in idarəçiliyə verilməzdən əvvəl [2 aprel 2010-cu il] cəlb edilən kredit xətləri üzrə kredit borclarının silinməsi ilə bağlı danışıqlar aparır. Bu barədə ARDNŞ-in ötən ilin yekunları üzrə maliyyə hesabatında deyilir.

"ARDNŞ Maliyyə Nazirliyi ilə şərtlərin dəyişdirilməsi, o cümlədən borcların silinməsi ilə bağlı danışıqlar aparır və bu danışıqların müsbət nəticə verəcəyinə ümid edir", - hesabatda deyilir.

Hesabatda deyildiyinə görə, nazirlik "Azərkimya" İB-yə 17 fevral 2003-cü ildə 3 il müddətinə - 1 yanvar 2008-ci ilədək 12,4 milyon manat məbləğdə kredit verib. Kreditin vaxtında ödənilməməsinə görə heç bir maliyyə sanksiyası tətbiq edilməyib. Bu kredit üzrə illik faiz dərəcəsi 1 faizdir. 31 dekabr 2010-cu ilə olan məlumata görə, kredit üzrə qalıq 12,4 milyon manat təşkil edir.

Bundan başqa, nazirlik "Azərkimya"ya 20 noyabr 2007-ci ildə dörd il müddətinə 9,4 milyon manat məbləğdə kredit verib. Bu kreditin də vaxtında ödənilməməsinə görə heç bir maliyyə sanksiyası tətbiq edilməyib. Bu kredit sıfır faiz dərəcəsi ilə verilib. 31 dekabr 2010-cu ilə olan məlumata görə, kredit üzrə qalıq 9,4 milyon manat təşkil edir.

İyulun 30-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti