...

Azərbaycan banklarının ümumi aktivləri il ərzində təxminən 8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2011 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir N.İsmayılova/

2011-ci il iyulun əvvəlinə olan məlumata görə, Azərbaycan banklarının ümumi aktivləri 13,14 milyard manat olub ki, bu da 2010-cu il iyulun əvvəli ilə müqayisədə 7,9 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

İnvestisiya qoyuluşları ötən ilin iyul ayı ilə müqayisədə 36,3 faiz artaraq 1 milyard 22 milyon manat, müştərilərə verilənlər 8,3 milyard manat təşkil edib. Ölkənin maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi hesabat dövründə 583,6 milyon manat, hesabat dövrü ərzində müxbir hesablarında vəsaitlər 1145,2 manat, nağd vəsaitlər 536,9 milyon manat olub.

2011-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi öhdəlikləri 10,872 milyard manat təşkil edərək il ərzində 7,4 faiz artıb. Bunun 5,65 milyon manatı depozitlərin, 4,37 milyon manatı maliyyə bazarından alınan kredit və depozitlərin payına düşür.

Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Avqustun 17-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti