...

Azərbaycan BVF və DB-nin İsveçrə qrupu müdirlərinin görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Maliyyə Nazirliyinin nümayəndə heyəti nüfuzlu beynəlxalq maliyyə strukturları olan Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) İsveçrə qrupunun 60 ölkədən seçki dairələri müdirlərinin görüşündə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan hökumətindən məlumat verilib. Görüş sentyabrın 3-4-də Türkmənbaşıda keçiriləcək.

Seçki dairələrinə aşağıdakı ölkələr daxildir: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Polşa, Serbiya, İsveçrə, Tacikistan,Türkmənistan, Özbəkistan.

Seçki dairəsinə İsveçrə rəhbərlik edir.

Tədbir çərçivəsində "Makroiqtisadi sabitlik və bank sektorunun inkişafı" mövzusunda seminar və İsveçrənin maliyyə nazirinin sədrliyi altında nümayəndəlik qrupunun görüşü keçiriləcək.

Azərbaycanın 1992-ci ildən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına və 1995-ci ildə Beynəlxalq İnkişaf Assoasiyasına (BİA) daxil olduğu andan DB ölkədə 43 layihəyə 2,9 milyard dollar sərmayə yatırıb. Azərbaycanın qoşujlmasından sonra İFC tərəfdən öhdəçilik 45 layihə üzrə demək olar 350 milyon dollar təşkil edir.

Bankın Azərbaycanda cari portfeli ümumi məbləği 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Onlar nəqliyyat, su sektoru və kanalizasiya, kənd təsərrüfatı və suvarma, səhiyyə və təhsili əhatə edir.

BVF-nin Azərbaycandakı daimi nümayəndəliyi 1993-cü ildən fəaliyyət göstərir. Lakin hökumətlə əməkdaşlıq 1992-ci ildə başlayıb. Lakin 2009-cu ilin yayında fond ofisini saxlayaraq Azərbaycandakı nümayəndəliyini bağlamaq barədə qərar qəbul edib. Bu fondun kredit proqramlarını həyata keçirmədiyi ölkələrdə xərclərinin azaldılması ilə əlaqədardır. Beynəlxalq təşkilat ölkəni maliyyələşdirməyə 1995-ci ildə başlayıb. Bu günədək BVF Azərbaycana altı proqram çərçivəsində kreditlər ayırıb.

Xəbər lenti

Xəbər lenti