...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları il ərzində 21 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 16:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin əvvəlindən 706,6 milyon ABŞ dolları (11%) artıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları il ərzində 21 faiz artıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin əvvəlindən 706,6 milyon ABŞ dolları (11%) artıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Səkkiz ayın yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 7114,2 milyard dollara çatıb.

2011-ci ilin avqust ayı üzrə AMB-nin valyuta ehtiyatları 40,4 milyon dollar, yaxud 0,6 faiz arıb. Ötən ilin avqustu ilə müqayisədə bu göstərici 20,6 faiz (1214,5 milyon dollar) çoxdur.
2010-cu ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 6407,6 milyon dollar, avqustun sonuna isə 5899,7 milyon dollar olub.
Mərkəzi Bankın proqnozlarına görə, 2011-ci ilin sonuna valyuta ehtiyatlarının həcmi səkkiz milyard dolları ötəcək.

Xəbər lenti

Xəbər lenti