...

Azərbaycan Mərkəzi Bankı banklarda stress testlərin üç ssenarisinin hazırlanmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2011 17:19 (UTC +04:00)
Azərbaycandakı banklar qəbul edilən qərarlarının operativliyinini təmin edilməsi üçün ayda azı iki dəfəstress testlər aparmalıdırlar . Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı banklarda stress testlərin aparılması haqqında qaydalarda bildirilir.
Azərbaycan Mərkəzi Bankı banklarda stress testlərin üç ssenarisinin hazırlanmasını təklif edir

Azərbaycan, Bakı , 3 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycandakı banklar qəbul edilən qərarlarının operativliyinini təmin edilməsi üçün ayda azı iki dəfəstress testlər aparmalıdırlar . Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı banklarda stress testlərin aparılması haqqında qaydalarda bildirilir.

Qaydalar "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb.

Stress testlərin keçirilməsi bankın kapitalının şoklara dözümlüyünə, şoklar nəticəsində bankın məruz qaldığı maksimum itkilərə, bankın fəaliyyətində boşluqlara, müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsinə, bankın makro iqtisadi amillərdən asılılığı na yönəldilməlidir .

Stress testlərin aparılması zamanı potensial maksimal zərərin müəyyənləşdirilməsi üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı vəv onların bir-biri ilə əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi səbəbindən, habelə beynəlxalq səviyyədə qəbul edilmiş stress testlərin keçirilməsi standartlarının olmaması ilə əlaqədar stress test modellərinin qurulması hər bir bankda ona uyğun olan şəkildə həyata keçirilməlidir. Banklar məqsədindən asılı

olaraq şokların təhlili üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata keçirməlidirlər.

Stress testlər həyata keçirilərkən "ən pis", "ən yaxşı" və "ehtimal olunan" ssenariləri tərtib olunmalı və fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar və şoklar müəyyən edilməlidir.

Stress testlərin həyata keçirilməsi bank rəhbərliyinin şəxsi nəzarəti altında olmalıdır. Stress testin nəticəsi olaraq bankın fövqəladə hallar planına yenidən baxılmalı və zəruri hallarda əlavə və dəyişikliklər edilməlidir. Hər bir keçirilmiş stress testin nəticəsi barədə hesabat tərtib edilməli və bankın Müşahidə Şurasına təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti