...

Bakı yollarının yüklənməsi üç il ərzində əhəmiyyətli dərəcədə azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Üç il ərzində Bakıda 160-a yaxın avtomobil dayanacağı tikiləcək. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib.

"Nəqliyyat Nazirliyi paytaxtda avtomobil dayanacaqlarının tikintisi ilə bağlı təklifləri hazırlayıb, onları müvafiq dövlət strukturları ilə razılaşdırmaq üçün Nazirlər Kabinetinə göndərib", - Məmmədov deyib.

Onun sözlərinə görə, məcburi dayanacaqların tikilməsi də planlaşdırılıb. Bunlar üçün metronun sonuncu stansiyaları və şəhərə giriş hissələrindəki ərazilər nəzərdə tutulub.

Məmmədov bildirilib ki, belə məcburi dayanacaqların sayı təxminən 10-20 olacaq. Onlar Bakıya girişlərin bütün istiqamətlərində və metronun sonuncu dayanacaqlarında Bakı metropoliteninin gələcək planları da nəzərə alınmaqla tikiləcək.

Yerüstü və yeraltı avtomobil dayanacaqlarının tikintisinə 2011-ci ildən başlamaq planlaşdırılır ki, bu da paytaxt yollarının yüklənməsini və tıxacları azaltmağa imkan verəcək. Onların qiyməti layihələrindən asılı olaraq müxtəlif olacaq.

Məmmədovun sözlərinə görə, dayanacaqların tikintisi layihələrinin maliyyələşdirilmə mənbələri dövlət büdcəsindən tutmuş beynəlxalq maliyyə təşkilatları və özəl sektoradək müxtəlif ola bilər.

Hazırda Bakı şəhərinin nəqliyyatının inkişafı üçün investisiya proqramı hazırlanır. Bunun maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı 300 milyon dollar ayırmağı planlaşdırır. Bank bu kreditin ilk tranşını 2013-cü ildə ayırmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti