...

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Beynəlxalq Bank Şurasının sədr müavini seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 13:58 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Eldar İsmayılov Beynəlxalq Bank Şurasının sədr müavini seçilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi assosiasiyadan məlumat verilib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Beynəlxalq Bank Şurasının sədr müavini seçilib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Eldar İsmayılov Beynəlxalq Bank Şurasının sədr müavini seçilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi assosiasiyadan məlumat verilib.

İsmayılov bu vəzifəyə MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurası) növbəti iclası zamanı seçilib. İclas sentyabrın 3-də Soçidə keçirilib.

Beynəlxalq Bank Şurası (BBŞ) ictimai təşkilatdır və orada iştirak onun üzvləri üçün hansısa icbari maddi xərcləri nəzərdə tutmur.

Şura əməkdaşlıqda maraqlı olan bütün ölkələrin bank assosiasiyaları üçün açıqdır.

Azərbaycan Banklar Assosiasiyası BBŞ-nin üzvlüyünə 2007-ci ilin sentyabrında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti