...

Azərbaycan 20 il ərzində əldə etdiyi iqtisadi nailiyyətləri təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 17:39 (UTC +04:00)
Sentyabrın sonunda Bakıda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Müstəqil Azərbaycan: 20 il" iri milli sərgisi keçiriləcək.
Azərbaycan 20 il ərzində əldə etdiyi iqtisadi nailiyyətləri təqdim edəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın sonunda Bakıda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Müstəqil Azərbaycan: 20 il" iri milli sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi sərginin təşkilatçısı olan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov bildirib.

"Sərgi sentyabrın 20-si tarixlərində Baku Expo Center-də keçiriləcək. Konkret tarix hələlik dəqiqləşdirilməyib", - Əhmədov deyib.

Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqillik əldə etməsindən sonra qazandığı nailiyyətlərin təqdimatıdır.

Sərginin iştirakçıları ölkənin dövlət və kommersiya strukturları olacaqlar. Sərgi çərçivəsində ölkənin bütün regionlarının iqtisadi nailiyyətləri təqdim olunacaq.

"Sərginin sahəsi yeddi min kvadratmetrdən çox olacaq. Tədbirdə Azərbaycanın yüzdən artıq iri şirkətinin iştirakı gözlənilir", - Palatanın vitse-prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti