...

Azərbaycanda idxal olunan avtomobillərin qeydiyyatı asanlaşacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki avtomobil qeydiyyatı üçün müasirləşdirilmiş nəzarət-buraxılış məntəqəsi çox yaxın günlərdə işə başlayacaq. Bu barədə Trend-ə bazar ertəsi Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib.

Əliyev bildirib ki, məntəqənin işə düşməsi üçün bəzi texniki məsələlərin həlli qalıb.

Məntəqənin işə düşməsi ilə Azərbaycana gətirilən avtomobillərin qeydiyyat prosesinin asanlaşması gözlənilir.

Bundan əvvəl isə Sulutəpədə fəaliyyətdə olan məntəqə Lökbatana köçürüləcək.

Xəbər lenti

Xəbər lenti