...

Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 16:54 (UTC +04:00)
Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,5 faiz ucuzlaşıb.
Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir N.İsmayılova/

Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,5 faiz ucuzlaşıb. Trend-in xəbərinə görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9 faiz bahalaşıb.

Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi dəyişməyib. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,0 faiz, kimya sənayesi üzrə 1,9 faiz, mebel istehsalı üzrə 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz bahalaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4 faiz, qida məhsullarının istehsalı üzrə 2,0 faiz, geyim istehsalı üzrə 1,8 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti