...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir A.Axundov/

2011-ci ilin səkkiz ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,4 faiz, o cümlədən bitkiçilik 13,7 faiz, heyvandarlıq məhsulları 4,2 faiz bahalaşıb. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 942,5 min hektar ərazidən qarğıdalı da daxil olmaqla, 2,35 milyon ton dənli birki yığılıb. Kənd təsərrüfatı mallarının məhsuldarlığı hər hektardan 24,9 sentner (4,8 h/s artım) təşkil edib.

Mövsüm başlayandan sahələrdən 688,7 min ton kartof (ötən ilin analoji dövrü ilə müqayisədə 38 min ton artım), 962 min ton tərəvəz (31,5 min ton artım), 295,8 min ton meyvə və giləmeyvə (47,7 min ton artım), 442,1 min ton bostan məhsulları (66,7 min ton artım), 398 ton yaşıl çay yarpağı (17,8 ton artım), 2114,2 ton tütün 343 ton artım), 24 min ton üzüm (855 ton artım) yığılıb.

Heyvandarlıq sahəsində ilk səkkiz ay ərzində 285,5 min ton ət, 1,07 min ton süd, 664,5 milyon ədəd toyuq yumurtası, 14,7 min ton yun istehsal edilib.

Ət istehsalı ötən ilin anoloji dövrü ilə müqayisədə 4,8 faiz, süd 7,7 faiz, yun 5,6 faiz artıb, toyuq yumurtası isə 16,3 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti