...

Azərbaycan və Estoniya İT və bank fəaliyyəti üzrə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 17:34 (UTC +04:00)
Azərbaycan və Estoniya İT və bank fəaliyyəti sahələrində əməkdaşlığı genişləndirir.
Azərbaycan və Estoniya İT və bank fəaliyyəti üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Estoniya İT və bank fəaliyyəti sahələrində əməkdaşlığı genişləndirir.

Azərbaycan və Estoniya arasında İT, bank işi, təhsil, səhiyyə sahələrindəki əməkdaşlıq hazırda perspektivli görünür. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov telefonla Tallindən bildirib.

Səfir deyib ki, iki ölkənin əməkdaşlığının prioritet istiqamətləri yaxın gələcəkdə təşkil olunacaq ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya tərəfindən müəyyənləşdiriləcək.

"Komissiyanın təşkili tamamlanmaq üzrədir. Eston tərəfi artıq öz təkliflərini hazırlayıb və ümid edirəm ki, Azərbaycan tərəfi də öz təkliflərini hazırlayacaq", - səfir deyib.

Ümumilikdə səfir iki ölkə arasındakı əlaqələrin böyük potensiala malik olduğunu bildirib.

"Fəal işlə, o cümlədən hökumətlərarası komissiyanın fəaliyyəti ilə qarşılıqlı investisiyalar üçün yeni imkanlar müəyyənləşdirilə bilər", - səfir hesab edir. Onun sözlərinə görə, həmçinin, ənənəvi perspektivlər kimi, kənd təsərrüfatı məhsulları, ərzaq sənayesi və digər sahələrdəki əməkdaşlıq öz yerini qoruyur.

"Hazırda ölkələr arasındakı əmtəə mübadiləsini həcmi kifayət qədər deyil, - diplomat deyib. - Bu, ölkələrin coğrafi mövqeləri ilə də əlaqədardır. Buna görə də hesab edirəm ki, əsas güc İT, bank işi və iqtisadiyyatın digər sahələrinə veriləcək, çünki bu sahələr ağır yük deyil, texnologiyaların yerdəyişməsini nəzərdə tutur", - o deyib.

Səfirin sözlərinə görə, ölkələr arasında yaxşı iqtisadi əlaqələrin təmini üçün iki əsas baza sənədi - ikiqat vergitutmadan qaçma və investisiyaların qorunması üzrə sazişlər imzalanıb. "Zərurət yaranarsa, digər sazişlər də hazırlana bilər", - o deyib.

Zülfüqarov bildirib ki, bu fəaliyyətin konkretləşdirilməsi hökumətlərarası komissiyanın işə başlamasından sonra aparıla bilər, o, əlavə normativ-hüquqi bazanın lazım olduğu digər aktual istiqamətləri təyin edəcək.

Diplomatın sözlərinə görə, Estoniyada qədimdən çox sayda sənəd imzalamaq ənənəsi yoxdur. "Burada ancaq real işləyən və real başlanğıclar məqsədilə sənəd imzalanır. Ona görə də hesab edirəm ki, qeyd olunmuş iki sənəd yaxşı normativ bazadır", - səfir deyib.

Hüquq-müqavilə bazası ölkələr arasında ümumilikdə 15 sənədi əhatə edir.

Xəbər lenti

Xəbər lenti