...

ARDNŞ fəaliyyətinin effektivliyini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 15:36 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin fəaliyyətinin effektivliyinin idarə edilməsi sistemini hazırlayır.
ARDNŞ fəaliyyətinin effektivliyini artırır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin fəaliyyətinin effektivliyinin idarə edilməsi sistemini hazırlayır. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov cümə günü Bakıda auditor və mühasiblərin III Avrasiya Forumunda çıxışı zamanı deyib.

"Bu çərçivələrdə strateji kartlar vasitəsilə idarəetmə sisteminin tətbiqi üçün iş aparılır", - Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda idarəetmənin büdcələşməsi, uçotu və hesabatı proseslərinin müasirləşdirilməsi üzrə işlər də davam edir.

"İdarəetmənin hesabatının təkmilləşdirilməsi ilə əlaqədar artıq şirkətdə maliyyə mühasibatının beynəlxalq standartlarının tətbiqi üzrə böyük iş görülüb", - Qasımov deyib.

Onun sözlərinə görə, bu islahatların davam etdirilməsi çərçivəsində artıq şirkətdə riskləri idarə etmə, daxili audit, xəzinədarlıq, İT təhlükəsizliyinin təmini sistemləri və habelə şirkətin inkişaf, o cümlədən İT strategiyası hazırlanıb.

Xəbər lenti

Xəbər lenti