...

Azərbaycan Hesablama Palatası qanunvericilikdəki ziddiyyətləri aradan qaldırmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2011 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatası qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə 17 təklif təqdim edib. Bu barədə Trend-ə şənbə günü Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov deyib.

"Keçən il biz 31 təklif verdik, onlardan 27-si qəbul olundu. Bu il biz daha 17 təklif təqdim ettik, onlar hazırda nəzərdən keçirilir, amma birinci müzakirənin nəticələrinə görə, demək olar ki, onlar da qəbul olunacaq.", Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu təkliflər qanunvericiliyin təkmilləşdirilməsi, mövcud ziddiyyətlərin aradan qaldırılması və təhsil, səhiyyə, investisiya, sosial sahələr və sairəni əhatə edir.

"İnvestisiya sahəsində smetada göstərilən bütün işlər həyata keçirilmir, onlar ancaq bizim müdaxiləmizdən sonra yerinə yetirilir. Həmçinin xərc smetasında göstərilmiş qiymətlərin süni artırılma faktları da var. Əksər hallarda pozuntular xarakterikdir - bunlar insanlar tərəfindən qanunvericiliyin boşluq və ikibaşlı təfsir edilən hallarından istifadə və həmçinin qanunun bilərəkdən pozulmasıdır. Belə pozuntuların aşkar edilməsi hallarına görə, biz yeni təkliflər hazırlayırıq.", Məhərrəmov deyib.

Xəbər lenti

Xəbər lenti