...

Azərbaycan nəqliyyatın idarə olunmasında Avstriya təcrübəsindən istifadə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 20:21 (UTC +04:00)
Azərbaycan nəqliyyatın idarə olunmasında və nəzarət sistemlərində Avstriyanın təcrübəsindən istifadə etməyə hazırdır.
Azərbaycan nəqliyyatın idarə olunmasında Avstriya təcrübəsindən istifadə edəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan nəqliyyatın idarə olunmasında və nəzarət sistemlərində Avstriyanın təcrübəsindən istifadə etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Azərbaycan-Avstriya biznes forumu çərçivəsində keçirilən görüşdə bildirilib.

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, son illər ölkədə nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb və bu, yollarda tıxaclara səbəb olur.

İclasda qeyd olunub ki, Azərbaycan bu problemin həlli üçün beynəlxalq təcrübəni öyrənir. Problem nəqliyyat sahəsi və informasiya texnologiyalarındakı təşəbbüslərin birləşdirilməsi yolu ilə həll oluna bilər.

Bu gün Azərbaycanda nəqliyyat sahəsində beynəlxalq standartlara cavab verən normativ-hüquqi baza formalaşdırılır, müasir texnologiyalar aktiv şəkildə tətbiq olunur.

Sentyabrın 19-20-də Bakıya səfəri zamanı Avstriya nümayəndə heyəti Nəqliyyat, Sənaye və Energetika, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və "Təmiz Şəhər" ASC-də bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti