...

Azərbaycanın tədiyyə balansının profisiti 7 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansına əsasən, 2011-ci ilin birinci yarısında ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 10,2 milyard dollar təşkil edib. O cümlədən neft-qaz sektorunun cari əməliyyatlar hesabının profisiti 13,7 milyard təşkil edib. Bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Yarım ilin yekunları üzrə tədiyyə balansının profisiti 7,55 milyard dollar təşkil edib.

Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 3,5 milyard dollarlıq məbləğində kəsirini tam örtmüşdür", - balansda deyilir.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəliki illərdə olduğu kimi, 2011-ci ilin birinci yarısında da neft-qaz sektorundakı xarici iqtisadi əməliyyatlar müsbət, qeyri-neft sektorundakı əməliyyatlar isə mənfi saldoya malik olub.

İlin birinci yarısı ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,8 milyard dollar təşkil edib, və xarici ticarət balansı 13,7 milyard dollar məbləğində müsbət saldo ilə nəticələnmişdir. Bununla yanaşı, idxalı əməliyyatları 4,57 milyard dollar, ixrac əməliyyatları isə 18,251 milyard dollar məbləğində həyata keçirilib.

Hesabat dövrü ərzində 138 ölkə ilə ticarət əlaqələri olmuşdur.

Bununla yanaşı, xarici ticarətin 13,2 faizi MDB, 86,8 faizi isə digər xarici ölkələrin payına düşür. Daha intensiv ticarət əlaqələri İtaliya, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Ukrayna, İndoneziya və Malayziya ilə aparılıb. Azərbaycanın ümumi ticarətində bu ölkələrin payı 75,4 faiz təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti