...

"Flydubai" Azərbaycan turistləri üçün Avro 2012-yə yol açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 15:58 (UTC +04:00)
"Flydubai" aviaşirkəti Ukraynanın Kiyev, Xarkov və Donetsk şəhərlərinə uçuşlara başlayaraq, Fars körfəzi, Kiçik Asiya, Afrika, Hindistan regionu və Avropanın bir hissəsini əhatə edən marşrut şəbəkəsini 44-ə çatdırıb.
"Flydubai" Azərbaycan turistləri üçün Avro 2012-yə yol açır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Dubayın ilk qənaətcil "Flydubai" aviaşirkəti Ukraynanın Kiyev, Xarkov və Donetsk şəhərlərinə uçuşlara başlayaraq, Fars körfəzi, Kiçik Asiya, Afrika, Hindistan regionu və Avropanın bir hissəsini əhatə edən marşrut şəbəkəsini 44-ə çatdırıb. Bu ölkəyə hava yolunun açılması futbol həvəskarlarına 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatına asanlıqla yola düşməyə imkan verəcək.

Kiyev şəhərinə "Flydubai"ın ilk reysi ilə aviaşirkətin baş direktoru Qeyt əl-Qeyt gəlib. "Mən fəxr edirəm ki, "Flydubai" Yaxın Şərqin ilk qənaətcil aviaşirkətidir ki, Kiyevə, Xarkova, Donetskə birbaşa hava yolu açmış oldu. Hesab edirəm ki, bu, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna münasibətlərində yeni dövrün başlanğıcıdır", - əl-Qeyt deyib.

"Avro-2012 ərəfəsində ölkəmizin infrastruktur hazırlığına hava nəqliyyatının inkişafı da daxildir. Yeni aviaşirkətlərin cəlb edilməsi isə bizim əsas strateji xəttimizdir. Biz "Flydubai"ı görməyə çox şadıq. Bu şirkət yüksəksəviyyəli xidmətləri ilə tanınır. Əməkdaşlığımız ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Ukraynanı ziyarət edənlər burada cox şey tapacaqlar: milli mətbəx, gözəl tikililər, irimiqyaslı idman yarışları, isti yay və şaxtalı qışın iqlim təkrarolunmazlığı. Ümidvarıq ki, açılan hava yolları Ukrayna və BƏƏ arasındakı ticarət əlaqələrinə də müsbət təsir göstərəcək", - Ukrayna Baş nazirinin müavini Boris Kolesnikov bildirib

Avropa və Rusiya arasında körpü sayılan Ukrayna coğrafi mövqeyinə görə ziyarətçilərin sayı üzrə dünyanın səkkizinci ölkəsidir. Futbol üzrə Avropa çempionatının yarışları "Flydubai"ın hava yolu açdığı hər üç şəhərdə baş tutacaq. Final oyunu Kiyevdə keçiriləcək.

Dubay-Kiyev reysinə biletlər 195 ABŞ dollarından başlayır. Əks istiqamətə 205 ABŞ dollardır. Biletin qiymətinə bütün vergilər, çəkisi 7 kiloya qədər olan əl yükü və 20 kiloya qədər olan baqaj yükü daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır. Biletləri www.flydubai.com internet saytı, +9714 301 0800 nömrəli telefona zəng edərək və turizm şirkətləri vasitəsilə əldə etmək mümkündür.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay hökuməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir.

Xəbər lenti

Xəbər lenti