...

Azərbaycanın cari transfertlər üzrə əməliyyatları 1,4 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanda cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1443,1 milyon dollar məbləğində qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının çərşənbə axşamı yaydığı məlumatda deyilir. Bu məbləğin 61,7 faizini ölkəyə daxilolmalar təşkil edir.

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 1,8%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3,8%-ni isə digər daxilolmalar təşkil edir. Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 337,6 milyon dollar təşkil edib.

Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3382,7 milyon dollara çatıb. Bunun 88,5%-ni (2993,5 milyon dollar) Azərbaycandan ödənişlər təşkil edir.

Xəbər lenti

Xəbər lenti