...

Azərbaycan və Aİ son bir il ərzində əməkdaşlığın yekunlarını müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 14:09 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı son bir il ərzində əməkdaşlığın yekunlarını müzakirə edirlər.
Azərbaycan və Aİ son bir il ərzində əməkdaşlığın yekunlarını müzakirə edirlər

Azərbaycan,Bakı, 23 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Avropa İttifaqı son bir il ərzində əməkdaşlığın yekunlarını müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Cümə günü Bakıda Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin XII iclası keçirilir.

"Bu komitə Aİ ilə əməkdaşlığın ən vacib alətlərindən biridir. Komitənin ildə bir dəfə keçirilən iclasında biz son iclasdan sonrakı dövrdə görülən bütün işləri təhlil edirik", - nazir müavini deyib.

Onun sözlərinə görə, əməkdaşlığın bütün perspektivləri görüşün gündəliyindədir.

Aİ Vahid Xarici Siyasət Xidmətinin "Şərq tərəfdaşlığı" məsələləri üzrə İdarəsinin rəhbəri Qunar Viqandın sözlərinə görə, görüşdə Azərbaycanla Aİ arasında bütün istiqamətlərdəki münasibətlərin vəziyyətinə baxılacaq, eləcə də onların inkişaf perspektivləri müzakirə olunacaq.

İclasın gündəliyinə siyasi, iqtisadi, eləcə də infrastruktur xarakterli məsələlər daxil edilib. Viza rejiminin sadələşdirilməsi, assosiativ saziş çərçivəsində danışıqların gedişi, Avropa Qonşuluq Siyasəti (ENP), 2006-cı ilin noyabrında Brüsseldə imzalanmış ENP çərçivəsində fəaliyyət planının həyata keçirilməsi, energetika, ticarət və insan alveri sahəsində məsələlərə baxılması planlaşdırılır. Müzakirələr Dağlıq Qarabağ probleminə də toxunacaq.

Hazırda Azərbaycan ilə Aİ-nin əməkdaşlığı ENP çərçivəsində həyata keçirilir.

Avropa Qonşuluq Siyasətinin (ENP) fəaliyyət planının prioritet istiqamətləri ölkədə demokratiyanın güclənməsini, işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasını, davamlı iqtisadi inkişafın dəstəklənməsini, iqtisadi sahədə qanunvericiliyin uyğunlaşdırılmasını, Aİ ilə Azərbaycan arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsini və s. müəyyən edir.

Tədbir üç əsas prioritet sahəyə ayrılıb: idarəetmə sistemlərinin təkmilləşdirilməsi; iqtisadi və sosial islahatlar; energetika, nəqliyyat, ekologiya və infrastruktur.

Xəbər lenti

Xəbər lenti