...

Bakıda "Müstəqil Azərbaycan 20 ildə" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 15:32 (UTC +04:00)
Sentyabrın 27-də "Bakı Expo" Sərgi Mərkəzində (Suraxanı rayonu, Heydər Əliyev prospekti, Aeroport dairəsi) "Müstəqil Azərbaycan 20 ildə" Milli sərgisi keçiriləcək.
Bakıda "Müstəqil Azərbaycan 20 ildə" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 27-də "Bakı Expo" Sərgi Mərkəzində (Suraxanı rayonu, Heydər Əliyev prospekti, Aeroport dairəsi) "Müstəqil Azərbaycan 20 ildə" Milli sərgisi keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sərgidə son 20 ildə Azərbaycanın qazandığı uğurlar nümayiş olunacaq.

Paytaxt sakinləri və Bakının qonaqları sərgi ilə sentyabrın 27-də saat 12:00-dan etibarən tanış ola bilərlər.

Sərgiyə giriş sərbəstdir.

Xəbər lenti

Xəbər lenti