...

Azərbaycanın Ağdam rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 15:34 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Azərbaycanın Ağdam rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Senytabrın 23-də Ağdam rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- soğan saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir texnologiyaların tətbiqi ilə tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması;
- toxuculuq, tikiş və xalçaçılıq sexlərinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17

Xəbər lenti

Xəbər lenti