...

Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VIII iclasının protokolunu imzalayıblar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 15:00 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VIII iclasının protokolunu imzalayıblar. Trend-in məlumatına görə, iclas cümə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin və Qazaxıstanın energetika və mineral resurslar naziri Sayat Mınbayevin sədrliyi altında keçirilib.
Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VIII iclasının protokolunu imzalayıblar (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 13:40-da yayılıb)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VIII iclasının protokolunu imzalayıblar. Trend-in məlumatına görə, iclas cümə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin və Qazaxıstanın energetika və mineral resurslar naziri Sayat Mınbayevin sədrliyi altında keçirilib.

Komissiyanın iclası zamanı qeyd olunub ki, 2010-cu il noyabrın 4-də keçirilmiş son iclas ilə hazırkı iclas arasındakı dövr ərzində iki ölkə hökumətləri tərəfindən ikitərəfli əməkdaşlığın gələcək inkişafı üzrə müəyyən iş görülüb. Əldə olunmuş razılıqlara əsasən, müştərək layihələr həyata keçirilib, ticarət-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdəki əməkdaşlığın möhkəmləndirilməsi prosesi davam edib.

Əliyevin sözlərinə görə, hazırda iki ölkə arasındakı əmtəə mübadiləsi qeyri-məqbuldur, xüsusilə keçən ilin nəticələrinə görə, o, 340 milyon dollardan artıq, 2011-ci ilin ilk yarısının nəticələrinə görə isə, təxminən 150 milyon dollar təşkil edib. Hazırda Azərbaycanın Qazaxıstana ixracı idxalı üstələyir.

"Buna baxmayaraq, Azərbaycan tərəfində olduğu kimi, Qazaxıstan tərəfində də hələ qarşılıqlı əmtəə mübadiləsinin gələcək artırılması üçün bütün imkanlar mövcuddur", - nazir deyib.

Görüşdə 2012-ci ilin ikinci yarısında komissiyanın IX iclasının Astana keçirilməsinə dair razılıq əldə olunub. Dəqiq tarix diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti