Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 3998,2 troy unsiya (124,4 kiloqram) miqdarında növbəti partiya qızıl külçələr noyabrın 30-da Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan -12514,7 troy unsiya (389,2 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.
Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 16512,9 troy unsiyaya (513,6 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 28,4 milyon ABŞ dolları təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin