...

"Bank of Baku" kreditlər üzrə bayram endirimləri elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 16:33 (UTC +04:00)
"Bank of Baku" Yeni il öncəsi yeni kredit kampaniyasına start verir.
"Bank of Baku" kreditlər üzrə bayram endirimləri elan edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

"Bank of Baku" Yeni il öncəsi yeni kredit kampaniyasına start verir. Kampaniya çərçivəsində bütün pul və istehlak kreditlərinə iki faizlik bayram endirimləri elan edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Kampaniya ipoteka kreditləri, avtokreditlər, təhsil krediti, faizsiz kreditlər, həmçinin, əmanətə bağlı kreditlərə şamil edilmir.

Nağd pul kreditinin maksimal məbləği artırılaraq indi 5000 manat təşkil edir (müştəriyə ayrılan kreditin maksimal məbləği müştərinin vəzifəsindən, bankda olan kredit tarixçəsindən asılı olaraq, bank eksperti tərəfindən təhlil olunduqdan sonra müəyyən olunacaq).

Eyni zamanda, kampaniya çərçivəsində "Bank of Baku" Yeni il öncəsi "20,12%" adlı yeni nağd pul krediti məhsulundan faydalanmaq imkanını da yaradır. Yeni nağd pul kreditinin əsas üstünlüklərindən biri krediti dekabr ayında alıb, ödəməyə yanvar ayından yox, fevral ayından başlamaq imkanının olmasıdır.

Beləliklə, kreditin müddəti 13 aydır, məbləği isə qalan 12 ay ərzində bərabər hissələrlə ödəmək olar və ümumilikdə, 13 aya çəkilən cəmi xərc isə məbləğin 20,12%-ni təşkil edir. Kreditin maksimal məbləği 5000 manatdır. Qeyd edək ki, bankda istənilən krediti olan müştərilər paralel olaraq bu kreditdən də faydalana bilərlər.

Yeni kampaniya 01.12.2011-30.12.2011-ci il tarixləri arasında keçirilir.

Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com veb-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Dekabrın 1-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti