...

Azərbaycanın sığorta şirkəti 2012-ci ildə 10 faizlik artım proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilən Beynəlxalq Sığorta Şirkəti 2012-ci ildə sığorta mükafatlarının həcmini 1 milyon manat artırmağı planlaşdırır. Bu barədə cümə günü Trend-ə şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov deyib.

"Biz bu ilin sonuna qədər təxminən 12 milyon manat yığmağı planlaşdırırıq. Nəticədə bu il üçün proqnoz 1 milyon manat artıq olacaq" , - Məmmədov bildirib.

Onun sözlərinə görə, şirkət 2012-ci ildə yığımları ən azı 13 milyon manat səviyyəsində planlaşdırır.

"Biz gələn nizamnamə kapitalını artırmağı da planlaşdırırıq, lakin təsisçinin bu məsələ barəsində hələlik qərarı yoxdur. Ancaq kapitallaşmaya, o cümlədən də 2011-ci ilin yekunları üzrə gəlirlər də yönəldiləcək", - Məmmədov qeyd edib.

Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb və hazırda könüllü sığortanın 32 növü və icbarı sığortanın 5 növü üzrə xidmətlər göstərir.

2011-ci ilin yanvar-oktyabrında şirkət 10,23 milyon manat dəyərində sığorta mükafatları yığıb ki, bu da ötən ilin analoji dövrünün göstərcisini 23,55 faiz üstələyir. Şirkət, həmçinin 4,87 milyon manat həcmində zərər ödəyib.

Hazırda Beynəlxalq Sığorta Şirkəti Azərbaycan sığorta bazarında ən yüksək maliyyə sabitliyi reytinqinə (Insurance Financial Strength Rating, IFSR) malikdir. beynəlxalq reytinqə malik yeganə sığorta şirkətidir. "Moody's İnvestors Service" tərəfindən şirkətə verilən reytinq "Sabit" proqnozu ilə "B2" səviyyəsindədir.

Xəbər lenti

Xəbər lenti