...

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyasının fəaliyyəti dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 17:38 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Günay Sığorta" şirkətinin lisenziyasının fəaliyyətinin dayandırıb.
Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyasının fəaliyyəti dayandırıldı

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Günay Sığorta" şirkətinin lisenziyasının fəaliyyətinin dayandırıb. Trend-in məlumatına görə, bu barədə Xidmətin cümə günü yaydığı məlumatda deyilir.

"Həmin qərar şirkət tərəfindən Dövlət Sığorta Nəzarəti Xidmətinin icrası vacib olan göstərişlərinin yerinə yetirilməməsi ilə bağlıdır", - DSNX-nin məlumatında deyilir.

Şirkətə sığorta fəaliyyəti üzrə lisenziya 2008-ci il avqustun 14-də verilib. 2011-ci il noyabrın 28-də nazirliyin qərarı ilə lisenziyanın fəaliyyəti dayandırılıb. Qanunvericiliyə uyğun olaraq şirkətin fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına altı ay vaxt verilir.

Dekabrın 2-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti