...

2011-ci ildə Azərbaycanda məcburi köçkünlər təxminən 4 faiz güzəştli kredit alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 18:21 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlıq subyektlərinin 1591 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,8 milyon manat güzəştli kredit verilib.
2011-ci ildə Azərbaycanda məcburi köçkünlər təxminən 4 faiz güzəştli kredit alıblar

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

2011-ci il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlıq subyektlərinin 1591 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,8 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü Biləsuvar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda təşkil edilən tədbirdə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev deyib.

Onun sözlərinə görə, bu kreditlər hesabına 6 mindən çox yeni iş yerlərinin açılması gözlənilir.

Nazirliyin cümə günü yaydığı məlumatda deyilir ki, tədbirdə Cəbrayıl və işğal altında olan digər rayonlardan olan 300-dək məcburi köçkün iştirak edib.

Tədbir çərçivəsində 39 sahibkara 347 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

SKMF rəhbərinin sözlərinə görə, ümumilikdə, 2011-ci il ərzində məcburi köçkünlərin 161 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,9 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması 320-yə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Tədbir çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik quşçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması, un dəyirmanının tikilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Dekabrın 2-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti