...

Azərbaycanda Yeni il bayramları ilə əlaqədar monitorinqlər aktivləşir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 14:20 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti Yeni il bayramlarının başlaması ilə əlaqədar monitorinqləri aktivləşdirir.
Azərbaycanda Yeni il bayramları ilə əlaqədar monitorinqlər aktivləşir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti Yeni il bayramlarının başlaması ilə əlaqədar monitorinqləri aktivləşdirir. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirlikdən məlumat verilib.

"Bayramlarla əlaqədar əhalinin bəzi ərzaq məhsullarına tələbatı artıb, bu səbəbdən də Dövlət Xidməti tələbatın daha çox olduğu qida məhsullarının qiymətlərinin suni artırılması faktlarını aşkara çıxarmaq üçün monitorinqlərin keçirilməsinə başlayıb", - nazirlikdən deyiblər.

Ötən il Dövlət Xidmətinin apardığı monitorinqlər çərçivəsində keyfiyyətsiz Yeni il hədiyyələri istehsalçıları aşkar edilmişdi. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar onların məhsullarının satışı dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti