...

Azərbaycanın Unileasing şirkəti ITFC-dən kredit alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 11:23 (UTC +04:00)
Azərbaycanın lizinq bazarının lideri olan "Unileasing" QSC-yə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən 3,5 milyon dollar məbləğində kredit xətti ayrılıb.
Azərbaycanın Unileasing şirkəti ITFC-dən kredit alıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycanın lizinq bazarının lideri olan "Unileasing" QSC-yə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən 3,5 milyon dollar məbləğində kredit xətti ayrılıb. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Unileasing" Qapalı Səhmdar Cəmiyyətinin Lizinq Əməliyyatları Departamentinin direktoru Hikmət İbrahimovun bildirdiyinə görə, bu vəsaitlər kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

"Potensial müştərilərin sayının həddən artıq çox olması, şirkətimizin rahat maliyyələşmə sxemləri, həmçinin cəlbedici lizinq şərtləri bu vəsaitlərin istifadə olunmasına artıq imkan yaradıb. Bu günə olan məlumata görə ayrılmış xətdən artıq 2,5 milyon dollar xərclənib", - İbrahimov qeyd edib.

Unileasing yerli lizinq şirkətləri arasında islam bankçılığı prinsipləri tətbiq edən ilk şirkətdir və ITFC-lə əməkdaşlıq bu sistemin təkmilləşdirilməsinə kömək edəcək.

Hazırda Unileasing şirkətinin fəaliyyətinin əsas prioritet istiqamətləri bunlardır:
- avtomobillərin lizinqi
- tikinti texnikasının lizinqi
- nəqliyyat vasitələrinin lizinqi
- istehsalat avadanlığının lizinqi
- daşınmaz əmlakın lizinqi
- tibbi avadanlığın lizinqi.

"Unileasing" Qapalı Səhmdar Cəmiyyətinin təsisçiləri: Unibank Kommersiya Bankı (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı-dır (33,33%).

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası İslam İnkişaf Bankının (IDB) törəmə strukturudur.

Xəbər lenti

Xəbər lenti