...

Azərbaycan Parlamenti 2012-ci il üzrə ehtiyac meyarı və yaşayış minimumunun artırılmasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 13:58 (UTC +04:00)
Azərbaycan Parlamenti "2012-ci ildə ehtiyac meyarı haqqında", "2012-ci ildə yaşayış minimumu haqqında" qanun layihələrini təsdiqləyib.
Azərbaycan Parlamenti 2012-ci il üzrə ehtiyac meyarı və yaşayış minimumunun artırılmasını təsdiqləyib

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir A.Axundov/

Azərbaycan Parlamenti "2012-ci ildə ehtiyac meyarı haqqında", "2012-ci ildə yaşayış minimumu haqqında" qanun layihələrini təsdiqləyib.

2012-ci ildə ehtiyac meyarının səviyəsinin hazırkı 75 manatdan 84 manata çatdırılması planlaşdırılır.

Dövlət büdcəsi layihəsinə görə, 2013-cü ildə bu göstərici 92 manata, 2014-cü ildə 100 manata, 2015-ci ildə 106 manata çatdırılacaq.

Gələn il ölkə üzrə yaşayış minimumu hazırkı 95 manatdan 108 manatadək, eləcə də əhalinin əməkqabiliyyətli hissəsi üçün 102 manatdan 116 manatadək, pensiyaçılar üçün 72 manatdan 84 manatadək və uşaqlar üçün 76 manatdan 87 manatadək artırılacaq.

2013-cü ildə Azərbaycanda yaşayış minimumunun 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə 135,1 manata çatdırılması planlaşdırılır.

Bununla yanaşı, 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 130 manata, 2014-cü ildə 138 manata, 2015-cü ildə 146 manatadək, pensiyaçılar üçün 2013-cü ildə 101 manata, 2014-cü ildə 107 manata, 2015-cü ildə 114 manata, uşaqlar üçün 2013-cü ildə 99 manata, 2014-cü ildə 106 manata, 2015-cü ildə 112 manatadək artırılacağı proqnozlaşdırılır.

Proqnozlara görə, 2012-ci ildə minimum əməkhaqqı 2010-cu və 2011-ci ildəki 85 manat səviyyəsindən 93,5 manatadək artırılacaq. 2013-cü ildə bu göstərici 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə 140 manata çatdırılacaq.

Layihəyə görə, sosial müavinətlərin minimum məbləği 10 manat təşkil edəcək və hər il beş manat artaraq 2015-ci ildə 25 manat olacaq. Ötən il olduğu kimi, cari ildə də sosial müavinətlərin minimum məbləği 5 manat təşkil edəcək.

2015-ci ilədək doktorantlar, tələbələr və şagirdlər üçün təqaüdlərin minimum məbləğində dəyişiklik gözlənilmir - yaxın dörd il ərzində 30 manat səviyyəsində saxlanacaq.

Dekabrın 6-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti