...

"Bank Standard"ın müştərisi Çempionlar Liqasının matçına bilet qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 13:42 (UTC +04:00)
"MasterCard" beynəlxalq ödəniş sistemi tərəfindən bu yaxınlarda keçirilmiş uduşlu aksiyanın qalibləri arasında "Bank Standard"ın müştərisi Allahverdi Əliyev də yer alıb.
"Bank Standard"ın müştərisi Çempionlar Liqasının matçına bilet qazanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"MasterCard" beynəlxalq ödəniş sistemi tərəfindən bu yaxınlarda keçirilmiş uduşlu aksiyanın qalibləri arasında "Bank Standard"ın müştərisi Allahverdi Əliyev də yer alıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qalib UEFA Çempionlar Liqasının "Ayaks" - "Real Madrid" matçına 2 bilet, habelə 2 ədəd Bakı - Amsterdam - Bakı təyyarə bileti və Amsterdamda otel xərclərini qarşılayan uduş paketi əldə edib.

2011-ci ilin 17 oktyabr - 9 noyabr tarixlərində keçirilmiş aksiya "Bank Standard" da daxil olmaqla Azərbaycanın iri banklarının müştəriləri üçün "MasterCard" beynəlxalq ödəniş sistemi tərəfindən təşkil edilmişdi.

Uduş xəbəri qalib üçün xoş bir sürpriz olub. Uduşun təqdimetmə mərasimində Allahverdi Əliyev sevincini belə ifarə edib: "Mənim "Bank Standard"dan aldığım bir neçə kartım var. Mal və xidmət haqlarını bu kartlar vasitəsilə ödəməyi vərdiş etmişəm. Amma heç ağlıma gəlməmişdi ki, bu vərdiş mənə belə uduş qazandıracaq".

Qeyd edək ki, hal-hazırda "Bank Standard" tərəfindən buraxılmış bütün növ kartların sahibləri bank tərəfindən keçirilən başqa bir aksiyada iştirak edirlər. Oktyabr ayında başlayan və "Kartla ödə, "APPLE" qazan!" adı daşıyan aksiya 2012-ci ilin sentyabr ayınadək davam edəcək. Bu aksiyanın uduş fondu MacBook Pro", "MacBook Air" noutbukları, iPad2 planşetləri və iPhone mobil telefonları daxil olmaqla 40 müxtəlif qiymətli hədiyyələrdən ibarətdir.

Kampaniya haqqında daha ətraflı məlumatı "Bank Standard"ın rəsmi saytında (http://bankstandard.com/az/campaigns/08/), bankın "Facebook" sosial şəbəkəsindəki səhifəsində (www.fb.com/BankStandard.KB), ya da bankın Məlumat mərkəzinin 158 nömrəsinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti